Ukrayna Novodarovka, Levadnoye, Storojevoye, Makarovka, Blaqodatnoye, Lobkovoye, Neskuçnoye, Pyatixatki yaşayış məntəqələrini işğaldan azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
"Berdyansk və Melitopol istiqamətlərində iki həftəlik əks-hücum əməliyyatları zamanı "Tavria" OSGV bölmələri 8 yaşayış məntəqəsini azad edib. Cənubda azad edilən ərazi 113 kv. km-dir", - o bildirib.
Bizim.Media