Kaxovka Su Elektrik Stansiyasının partladılması zamanı ölənlərin sayı artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xerson vilayətinin rəhbəri Andrey Alekseyenko məlumat verib.
Qeyd olunub ki, indiyə qədər 35 nəfər ölüb.
Alekseyenko həmçinin bildirib ki, bölgədə daşqının nəticələrinin aradan qaldırılması davam edir.
Əhalinin vaksinasiyası, kompensasiyaların ödənilməsi, qəbiristanlıqların və küçələrin dezinfeksiya edilməsi, həmçinin enerji təchizatının bərpası həyata keçirilir.
Bizim.Media