Fransa Ermənistana 50 ədəd "VAB MK 3" model zirehli transportyor verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilib ki, Fransanın İrəvandakı səfirliyinə hərbi attaşe təyinatından sonra iki ölkə arasında hərbi əməkdaşlıq daha da intensivləşəcək. Zirehli texnikanın nə vaxt tədarük ediləcəyi hələlik açıqlanmır.
Məlumata görə, İrəvanın “Bastion” və “Şerpa” zirehli maşınlarının alınması imkanları da nəzərdən keçirilir.
Bizim.Media