Alimlər ilk dəfə Yer qabığının yeni hissəsinin formalaşmasını müşahidə etdi

Alimlər ilk dəfə Yerin yeni okean qabığının formalaşması prosesini birbaşa müşahidə edərək sənədləşdiriblər. İndiyədək belə bir hadisənin real vaxt rejimində qeydə alınmasının mümkün olmadığı hesab edilirdi.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri "Nature” jurnalında dərc olunub.

Kəşf Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin dəniz geofiziki Jan-İv Ruayenin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən həyata keçirilib.

Yer qabığının böyük hissəsi insanların birbaşa müşahidə edə bilmədiyi okean dərinliklərində, ümumi uzunluğu 65 min kilometrə çatan orta okean silsilələri boyunca formalaşır. Məhz tektonik plitələrin bir-birindən uzaqlaşdığı bu zonalarda maqma okean dibini yararaq səthə çıxır, soyuyur və planetin yeni okean qabığını əmələ gətirir.

2024-cü ilin fevralında tədqiqatçılar Avstraliya ilə Antarktida arasında yerləşən Cənubi Hind okeanı silsiləsində, Amsterdam adası yaxınlığında "OHA-GEODAMS” adlı sualtı müşahidə sistemi quraşdırıblar. Okean dibində çatların yaranmasını izləmək məqsədilə beş müstəqil hidrofon yerləşdirilib.

Jan-İv Ruaye bildirib ki, tədqiqat qrupu belə böyük hadisəni müşahidə edəcəyini gözləmirdi:
 

"Biz yalnız silsilənin bir neçə santimetr genişlənməsini ölçəcəyimizi düşünürdük. Lakin təxminən 40 ildən bir baş verən hadisə ilə qarşılaşdıq və hər iki istiqamətdə bir neçə metrlik yerdəyişməni qeydə aldıq".


2024-cü ilin aprelində, avadanlıq quraşdırıldıqdan cəmi bir neçə ay sonra okean dibi çatlayıb. Alimin sözlərinə görə, 16 gün ərzində silsilənin ox hissəsi təzyiqə tab gətirməyib və onun altında toplanmış maqma okean qabığını yararaq səthə çıxıb.

Nəhəng maqmatik dayklar iki saatdan az müddətdə Yer qabığını keçərək təxminən 150 milyon kubmetr ərimiş süxuru səthə çıxarıb. Bu proses zəlzələlərə səbəb olub, uzun müddət aktiv olmayan qırılma xətlərini yenidən hərəkətə gətirib və silsilənin altındakı maqma rezervuarını boşaldıb. Daha sonra lava okean dibinə axıb və həmin sahə ümumilikdə 4,2 metr çöküb.

Ruayenin sözlərinə görə, silsilənin oxu boyunca yerləşən vadinin dibi sərhəd qırılmaları boyunca sürüşərək 4,2 metr aşağı enib.

Prosesin ən intensiv mərhələsində tektonik plitələr dəqiqədə 5 santimetr sürətlə bir-birindən uzaqlaşıb. Bu, uzunmüddətli orta göstərici olan ildə təxminən 6,3 santimetrlik sürətdən təxminən 500 min dəfə çoxdur.
 

Alim qeyd edib ki, qeydə alınan 2–4 metrlik üfüqi yerdəyişmə ildə 6,3 santimetrlik sürətlə baş verən 30–60 illik fasiləsiz genişlənməyə bərabərdir və bu cür "kvant" xarakterli hadisələrin dövriliyini göstərir.


Müşahidələr uzun illər alimləri düşündürən mühüm suallardan birinə də aydınlıq gətirib. İndiyədək zəlzələlərin sayı okean dibinin genişlənmə sürətini izah etməyə kifayət etmirdi. Yeni araşdırma göstərib ki, tektonik hərəkətlərin böyük hissəsi güclü seysmik dalğalar yaratmadan, yəni aseysmik şəkildə baş verir. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Çin casusu NATO-da çalışıb?

Çin casusu NATO-da çalışıb?

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

Yasamalda işıq olmayacaq

Yasamalda işıq olmayacaq

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

İldırım çimərlikdə istirahət edən qadını öldürdü - ANBAAN VİDEO

İldırım çimərlikdə istirahət edən qadını öldürdü - ANBAAN VİDEO

Niderlandda Trampın başı formasında ölümcül həblər satışa çıxarıldı

Niderlandda Trampın başı formasında ölümcül həblər satışa çıxarıldı

Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşünü izləyiblər - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşünü izləyiblər - FOTO

End of content

No more pages to load

RADİO