Kompensasiyanı belə ala bilərsiniz - Nazirlik vətəndaşlara müraciət etdi

“Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi yalnız dövlət reyestrində qeydiyyata alınmış və lisenziya verilmiş özəl tibb müəssisələrində vaxtaşırı planlı yoxlamalar həyata keçirir. Əgər hər hansı gözəllik salonu və ya qeyri-tibb müəssisəsində qanunsuz tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız hüquqi və fiziki şəxslərin şikayəti, mediada yayılmış məlumatlar və ya dövlət orqanlarının araşdırmaları (sənədlərlə təsdiqlənmiş) əsasında aparıla bilər”.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova deyib.

O bildirib ki, qanunvericiliyə görə, plandankənar yoxlamanın keçirilməsi üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət edilir və yalnız rəsmi çıxarış alındıqdan sonra yoxlama aparılır:

“Yoxlama Ədliyyə Nazirliyinin reyestrində qeyd olunan tarixlərdə və adları sistemə daxil edilmiş Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən aparılır. Müəssisə yoxlamanın keçiriləcəyi barədə reyestrdən məlumat əldə edir.
 

Qeyd etmək istərdim ki, “Lisenziyalar və icazələr haqqında” qanuna əsasən ölkə üzrə bütün lisenziyalar, eləcə də özəl tibb fəaliyyətinə dair lisenziyalar aidiyyəti dövlət qurumu tərəfindən verilir, AEM tərəfindən həmin müəssisələrə baxış keçirilərək müəssisənin təchizat, tibbi heyət və pasiyent qəbuluna uyğunluq barədə rəy verilir”.


Yoxlama aparılarkən qanun pozuntusu aşkar edildikdə Analitik Ekspertiza Mərkəzi tərəfindən hansı addımlar atılmasına gəlincə, şöbə müdiri vurğulayıb ki, yoxlamalar nəticəsində əldə edilmiş hər bir fakt rəsmiləşdirilir və bu yoxlayıcıların aktı ilə təsdiq edilir.

Qanun pozuntusu olduğu təqdirdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti orqanlara (məhkəmə və ya digər orqana) göndərilir və cərimə yalnız aidiyyəti orqanın qərarından sonra tətbiq edilir. Əgər həmin qanun pozuntusu təkrarlanarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilərək məsələ artıq hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara yönləndirilir.

İnsan həyat və sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə, məsələ cinayət işi kimi prokurorluq orqanlarında araşdırılır.

Qeyri tibb müəssisəsində, məsələn, kosmetoloji salonda tibb fəaliyyəti göstərildiyi məlum olursa, hansı addımların atılmasına gəlincə, Tamam Həsənova söyləyib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özəl tibb müəssisəsi kimi dövlət qeydiyyatına alınmış və lisenziya verilmiş müəssisələrdə vaxtaşırı plan üzrə yoxlamalar keçirilir.

“Lakin, müəssisə dövlət reyestrində özəl tibb müəssisəsi kimi qeydiyyata alınmayıbsa, məsələn, bu gözəllik salonu və ya kosmetoloji salondursa, bu zaman fiziki və ya hüquqi şəxslərin təsdiqedici sənədlərlə birgə şikayəti, mediada yayılmış məlumatlar və ya hüquq-mühafizə orqanlarından göndərilən araşdırma halları ilə bağlı həmin müəssisədə yalnız plandankənar yoxlama həyata keçirilə bilər. Xüsusi qeyd edirik ki, bu mənbələrdən edilən müraciətlər mütləq qaydada əsaslandırılmış formada (təsdiqedici sənədlərlə birgə) olmalıdır.
 

Bəzən vətəndaşlar, media nümayəndələri düşünürlər ki, şikayət gələn kimi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları dərhal yoxlamaya gedə bilər və hansısa klinika barədə operativ tədbir görə bilərlər. Amma, elə deyil, qanun buna imkan vermir. Plandankənar yoxlamanın həyata keçirilməsi məqsədilə AEM tərəfindən əvvəlcə Ədliyyə Nazirliyinin reyestrinə müraciət edilir və oradan çıxarış alındıqdan sonra plandankənar yoxlama keçirilə bilər.


Yoxlama yalnız müvafiq reyestrdən verilmiş çıxarışda qeyd olunan tarixlərdə və adı yoxlayıcı kimi sistemə düşmüş əməkdaşlarımız tərəfindən həyata keçirilə bilər.

Yoxlama nəticəsində fakt öz təsdiqini tapdıqda, insanların həyat və sağlamlığına zərər vurulması ehtimalı müəyyən edildikdə, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin tələblərinə əsasən, Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə – fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər isə iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Daha doğrusu, cərimənin tətbiqi barədə protokol məhkəmə və ya digər aidiyyəti orqana göndərilir, onların qərarına əsasən tətbiq edilir.

Əlavə olaraq, xəta törətmiş müəssisəyə qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilir.

Eyni əməl təkrar olunduqda, müəssisə yenidən cərimə edilir və müəssisənin fəaliyyəti barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına, Dövlət Vergi Xidmətinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Daxili İşlər Nazirliyinə və s. müraciət edilir.

Əgər törədilmiş əməldə insan həyat və sağlamlığına zərər dəyməsi faktı aşkar edilərsə, məsələnin cinayət hadisəsi kimi araşdırılması məqsədilə prokurorluq orqanlarının qarşısında vəsatət qaldırılır”.

Bəs vətəndaşlar özəl tibb müəssisələrinin xidmətindən razı qalmadıqda kompensasiya ala bilərmi?

Mərkəz rəsmisi vurğulayıb ki, vətəndaşlar əgər özəl tibb müəssisələrində onlara göstərilən xidmətdən razı qalmadıqda və buna görə kompensasiya tələb etdikdə bu barədə məhkəməyə müraciət etməlidirlər:

“Çünki vətəndaşa dəymiş ziyanın ödənilməsi üçün dəymiş zərərin həcmi məhkəmə tərəfindən təyin olunan ekspertiza ilə müəyyən olunur. Məhkəmə qərarına əsasən vətəndaşa dəymiş zərərin həcmi müəyyən edilir və şəxsə kompensasiya ödənilir. Kompensasiyanın tələb edilməsi barədə şikayətlərə baxılması Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri daxilində deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Çin casusu NATO-da çalışıb?

Çin casusu NATO-da çalışıb?

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

Yasamalda işıq olmayacaq

Yasamalda işıq olmayacaq

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

İldırım çimərlikdə istirahət edən qadını öldürdü - ANBAAN VİDEO

İldırım çimərlikdə istirahət edən qadını öldürdü - ANBAAN VİDEO

Niderlandda Trampın başı formasında ölümcül həblər satışa çıxarıldı

Niderlandda Trampın başı formasında ölümcül həblər satışa çıxarıldı

Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşünü izləyiblər - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşünü izləyiblər - FOTO

End of content

No more pages to load

RADİO