ABŞ hökuməti Ukraynaya növbəti hərbi yardım paketinin tədarükü barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
Məlumata görə, 325 milyon dollar dəyərində olan yardım paketinə yeni silah və hərbi texnika daxil edilib.
Yardıma həmçinin HHM sistemləri, HIMARS, döyüş sursatları, artilleriya mərmiləri, tank əleyhinə sistemlər və zirehli maşınlar daxildir.
Bizim.Media