Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərini atəşə tutması nəticəsində 10 nəfər həyatını itirib.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul teleqram kanalında məlumat verib.
“1 nəfər dağıntılar altındadır, 28 nəfər yaralanıb, onlardan 12-si şəhər xəstəxanalarında orta, ağır və çox ağır vəziyyətdədir”, - deyə o yazıb.
Vilkul bildirib ki, bununla bağlı sabah, iyunun 14-ü Krivoy Roqda matəm günü elan edilib.
Bizim.Media