Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüş keçirilib

İyunun 12-də Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin Milli Vərəm Proqramının qiymətləndirməsi üzrə nümayəndə heyəti ilə görüşüblər. 

Bizim.Media xəbər verir ki, ölkəmizdə vərəm ilə mübarizədə əldə olunan nailiyyətlərdən söz açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan səhiyyəsində aparılan islahatlardan danışaraq səhiyyənin aktual məsələlərinə Milli Məclisdə həssaslıqla yanaşdığını diqqətə çatdırıb.

O, bu sahədə parlamentdə dinləmələrin daim keçirildiyini, müzakirələrin aparıldığını, qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib. 

Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə uğurlu əməkdaşlığından söz açıblar, bu səmərəli əməkdaşlığa görə qonaqlara təşəkkür ediblər. Deputatlar bildiriblər ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vərəmlə mübarizədə hər zaman öz dəstəyini nümayiş etdirib. 

Sonra görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin Milli Vərəm Proqramının qiymətləndirməsi üzrə nümayəndə heyətinin üzvləri Sayohat Hasanova, Cəvahir Süleymanova, Andrei Mosneaga, Cristina Celan, Askar Yedilbayev, Oqtay Gözəlov, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova və ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunmasını, səhiyyə sistemində aparılan islahatları, icbari tibbi sığortanın fəaliyyətini yüksək qiymətləndiriblər.

Onlar bu sahədə vərəmin diaqnostikası, müalicəsi və profilaktika tədbirləri ilə bağlı fikirlərini bölüşüblər. 

Görüşdə səhiyyənin bəzi aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda fəxri adlara görə təqaüd alanların SAYI AÇIQLANDI

Azərbaycanda fəxri adlara görə təqaüd alanların SAYI AÇIQLANDI

Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO

Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO

Afət Seyidzadəyə vəzifə verildi

Afət Seyidzadəyə vəzifə verildi

Ümumdünya Şahmat Olimpiadası üçün heyətimiz BƏLLİ OLDU

Ümumdünya Şahmat Olimpiadası üçün heyətimiz BƏLLİ OLDU

Milli Məclis iyulun 13-də toplanır: Gündəlikdə hansı qanunlar var?

Milli Məclis iyulun 13-də toplanır: Gündəlikdə hansı qanunlar var?

İran İsraili cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran İsraili cavab zərbəsi ilə HƏDƏLƏDİ

“Finala yaxınlaşdıqca, bir o qədər yaxşı oynayıram” - Yamal

“Finala yaxınlaşdıqca, bir o qədər yaxşı oynayıram” - Yamal

Zabil Qəhrəmanovun məhkəmə vaxtı məlum oldu

Zabil Qəhrəmanovun məhkəmə vaxtı məlum oldu

Ermənistanda hərbçinin meyiti çaydan TAPILDI

Ermənistanda hərbçinin meyiti çaydan TAPILDI

Azərbaycanda gizlənən Özbəkistan vətəndaşları ölkələrinə qaytarıldı

Azərbaycanda gizlənən Özbəkistan vətəndaşları ölkələrinə qaytarıldı

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

Rusiyadan ABŞ və İrana: “Birtəhər çıxış yolu tapmalıdırlar”

Rusiyadan ABŞ və İrana: “Birtəhər çıxış yolu tapmalıdırlar”

Təbiətə 36 min manatdan çox ziyan dəydi

Təbiətə 36 min manatdan çox ziyan dəydi

Azərbaycanda "Ərzaq təminatı xəritəsi" yaradılır - QƏRAR

Azərbaycanda "Ərzaq təminatı xəritəsi" yaradılır - QƏRAR

“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu

“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu

Crescent Mall-da nə baş verir? – TƏCİLİ + VİDEO

Crescent Mall-da nə baş verir? – TƏCİLİ + VİDEO

Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi

Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi

Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın İCLASI – Nələr müzakirə edildi? – FOTO

Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın İCLASI – Nələr müzakirə edildi? – FOTO

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ayı ABŞ hərbi bazasının ticarət mərkəzinə girib hərəkəti ilə təəccübləndirdi – VİDEO

Ayı ABŞ hərbi bazasının ticarət mərkəzinə girib hərəkəti ilə təəccübləndirdi – VİDEO

Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi

Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi

2 nömrəli marşrutla bağlı narazılığa “Bakubus”dan CAVAB

2 nömrəli marşrutla bağlı narazılığa “Bakubus”dan CAVAB

Alimlər ilk dəfə Yer qabığının yeni hissəsinin formalaşmasını müşahidə etdi

Alimlər ilk dəfə Yer qabığının yeni hissəsinin formalaşmasını müşahidə etdi

Kompensasiyanı belə ala bilərsiniz - Nazirlik vətəndaşlara müraciət etdi

Kompensasiyanı belə ala bilərsiniz - Nazirlik vətəndaşlara müraciət etdi

End of content

No more pages to load

RADİO