Kaxovka su anbarının dibində suyun azalmasından sonra İkinci Dünya müharibəsindən qalmış cəsəd hissələri tapılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər Ukraynaya məxsus “Telegram” kanallarında yayılıb.
Qeyd edək ki, Kaxovka SES-in partladılmasından sonra su anbarı faktiki olaraq yoxa çıxıb.
Sakinlərin sözlərinə görə, suyun səviyyəsi sıfıra enərsə, Kaxovka su anbarının yerində yalnız Dnepr çayının kiçik bir kanalı qalacaq.
Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir.
Bizim.Media