ABŞ Prezidenti Cozef Bayden dişində yaranan problemlərə görə əməliyyat olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.
Bildirilib ki, iyunun 11-də diş ağrısı şikayəti ilə həkimə müraciət edən Baydenə iltihablı pulpanın çıxarılması üçün əməliiyat göstərişi verilib.
Tibbi müdaxilə səbəbindən Bayden iyunun 12-nə planlaşdırılan ictimai tədbirdə iştirak edə bilməyəcək. Onun yerinə vitse-prezident Kamala Harrisin tədbirdə iştirak edəcəyi planlaşdırılır.
Qeyd edək ki, daha əvvəl ABŞ rəhbəri Koloradoda Hərbi Hava Qüvvələri Akademiyasının məzunlarını təbrik edərkən səhnədə yıxılıb.
Bizim.Media