Ukraynada İkinci Dünya müharibəsi zamanı Nasizm üzərində Qələbə günü 8 may tarixində qeyd olunacaq.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Volodimir Zelenski qanun layihəsini təsdiqləyib.
Bununla da, mayın 8-i Ukraynada Anım və Nasizm üzərində Qələbə Günü kimi qeyd ediləcək.
Xatırladaq ki, Ukrayna Ali Radası sözügedən layihəni mayın 29-da qəbul edib.
Bizim.Media