Türkiyənin Antalya vilayətindəki dağ aşırımında avtobus qəzaya uğrayıb.
Bizim.Media TRT telekanalına istinadən xəbər verir ki, qəzada 10 nəfər xəsarət alıb.
Hadisə Qorqudeli və Söyüd şəhərləri arasındakı avtomobil yolunda baş verib. Avtobus sürücüsü idarəetməni itirərək dərəyə yuvarlanıb.
Hadisə yerinə polis və həkimlər gəlib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Bizim.Media