Fransa prezidenti Emmanuel Makron İran lideri İbrahim Rəisi ilə telefon danışığı zamanı Tehranı Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Yelisey sarayının nümayəndəsi məlumat yayıb.
Məlumata görə, Makron İranın Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünün nəticələrinin ciddiliyinə diqqət çəkib. Fransa prezidenti Tehranı Moskvaya dəstəyini dərhal dayandırmağa çağırıb.
Qeyd edək ki, Makronun Rəisi ilə telefon danışığı 90 dəqiqə çəkib.
Bizim.Media