Almaniyada işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili kansler Olaf Şoltsla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.
Məlumata görə, tərəflər regionda və dünyada təhlükəsizlik mühiti, Gürcüstanın Avro-Atlantik inteqrasiyası ilə bağlı müzakirə aparıblar.
Bizim.Media