İsrailin baş naziri Benyamin Netanyahu İrana xəbərdarlıq edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, İranın nüvə proqramının inkişafının qarşısını almaq məqsədilə ölkə hakimiyyətinin hərbi vasitələrdən istifadə etməyə hazır olduğunu bildirib.
Netanyahu qeyd edib ki, sakit oturub, heç nə etməmək kimi bir fikirləri yoxdur:
“Mən tək diplomatiyanın işə yarayacağını düşünmürəm. Hesab edirəm ki, diplomatiya yalnız real hərbi təhlükə və ya hərbi varianta əl atmaq istəyi ilə birgə işləyə bilər”.
Bizim.Media