ABŞ-nin keçmiş prezident Donald Trampa 400 ilik həbsi nəzərdə tutan 38 maddə üzrə ittihamlar irəli sürülüb.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Florida ştatının cənub dairəsi məhkəməsinin ittiham aktına istinadən məlumat yayıb.
Məlumata görə, Tramp və onun köməkçisi Uolt Nautan 38 məxfi sənədləri qanunsuz saxlamaqda ittiham edilir.
Trampa qarşı irəli sürülən ittihamlar arasında uzunmüddətli həbs müddəti - ümumilikdə 400 ilə qədər, həmçinin cərimələr var. 31 maddə üzrə Trampı 10 ilə qədər həbs və 250 min dollara qədər cərimə, daha dörd maddə üzrə 20 ilə qədər həbs və 250 min dollara qədər cərimə gözləyir.
Bizim.Media