Macarıstan prezidenti Katalin Novak hesab edir ki, dünya Rusiyanın Ukraynada hərbi məqsədlərini həyata keçirməsinə mane olmalıdır.
Bizim.Media xəbər verir ki, Novak bu barədə “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib.
Eyni zamanda, o, Budapeştin Kiyevə silahla yardım etməsinin əleyhinədir və Rusiya Federasiyasına qarşı sanksiyaları səmərəsiz hesab edir.
Macarıstan prezidenti ilkin olaraq Rusiyanın təcavüzünü pislədiyini və bütün ölkəsinin Ukraynanın ərazi bütövlüyünün tərəfdarı olduğunu vurğulayıb.
Bizim.Media