Ermənistan Hava Yolları İrəvan-İstanbul-İrəvan birbaşa reysini açır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 30-da baş tutacaq ilk reys üçün biletlərin satışı artıq başlayıb.
Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Ermənistan Hava Yollarının bu uçuşuna icazə müəyyən edilmiş prosedurlara uyğun olaraq verilib.
Bizim.Media