İsveç səfiri Ermənistanın mina terroru barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzso ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Ombudsman Aparatından məlumat verilib. 

Bildirilib ki, görüşdə S.Əliyeva ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Müvafiq sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, habelə İsveçin və digər ölkələrin ombudsmanları ilə ikitərəfli əməkdaşlıq əlaqələrindən bəhs edilib. Ombudsman Aparatının Beynəlxalq Ombudsmanlar İnstitutu və regional ombudsman institutları şəbəkələri çərçivəsində sıx əməkdaşlıq əlaqələrinin davam etdirildiyi vurğulanıb. 

Ermənistanın Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyi barədə məlumatları hələ də təqdim etmədiyini bildirən ombudsman İrəvanın insan hüquqlarını və beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozduğuna görə məsuliyyət daşıdığını qeyd edib.
Həmçinin Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında mina terrorunun həyata keçirildiyi, basdırılmış minaların azad olunmuş ərazilərə təhlükəsiz qayıdışa, aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə ciddi maneə yaratdığı diqqətə çatdırılıb. Ombudsman İsveçi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə prosesində iştiraka dəvət edib. 

Müvəkkil müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması ilə bağlı faktların araşdırılması məqsədilə faktaraşdırıcı missiyaların həyata keçirildiyini, yerində araşdırmaların aparıldığını və əldə edilən faktoloji materiallara əsaslanan hesabat və bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına göndərildiyini bildirib.

Müharibə cinayətlərini törədən şəxslərin hələ də məsuliyyətə cəlb edilməməsinin belə halların yenidən təkrarlanmasına zəmin yaratdığı bildirilib. 

Görüşdə, həmçinin insan hüquqlarının, o cümlədən gender bərabərliyinin müdafiəsi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şəfa” fransalı yarımmüdafiəçi ilə müqavilə bağladı

“Şəfa” fransalı yarımmüdafiəçi ilə müqavilə bağladı

Naxçıvanda iki avtobus yanıb kül oldu – FOTO

Naxçıvanda iki avtobus yanıb kül oldu – FOTO

Almaniyaya uçan təyyarənin pəncərəsi sındı, sərnişin havaya sovruldu

Almaniyaya uçan təyyarənin pəncərəsi sındı, sərnişin havaya sovruldu

Bayram Səfərovun bacısına vəzifə verildi

Bayram Səfərovun bacısına vəzifə verildi

Portuqaliya millisinin yeni baş məşqçisi məlum oldu

Portuqaliya millisinin yeni baş məşqçisi məlum oldu

"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"

"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"

Liberiya Prezidenti Türkiyədə səfərdədir – FOTO

Liberiya Prezidenti Türkiyədə səfərdədir – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə danışıq aparır

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə danışıq aparır

İranda partlayış: SEPAH-ın hərbi dəniz bazasının vurulduğu iddia olunur

İranda partlayış: SEPAH-ın hərbi dəniz bazasının vurulduğu iddia olunur

Separatçıların vəkilləri hökmün ləğvini TƏLƏB ETDİ - FOTO

Separatçıların vəkilləri hökmün ləğvini TƏLƏB ETDİ - FOTO

“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi

“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi

Tramp: “İran ABŞ-dən danışıqları davam etdirməyi istəyib”

Tramp: “İran ABŞ-dən danışıqları davam etdirməyi istəyib”

Bakıda motosiklet aşdı - Ölən və yaralanan var

Bakıda motosiklet aşdı - Ölən və yaralanan var

Azərbaycanda fəxri adlara görə təqaüd alanların SAYI AÇIQLANDI

Azərbaycanda fəxri adlara görə təqaüd alanların SAYI AÇIQLANDI

Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO

Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO

Afət Seyidzadəyə vəzifə verildi

Afət Seyidzadəyə vəzifə verildi

Ümumdünya Şahmat Olimpiadası üçün heyətimiz BƏLLİ OLDU

Ümumdünya Şahmat Olimpiadası üçün heyətimiz BƏLLİ OLDU

Milli Məclis iyulun 13-də toplanır: Gündəlikdə hansı qanunlar var?

Milli Məclis iyulun 13-də toplanır: Gündəlikdə hansı qanunlar var?

İran İsraili cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran İsraili cavab zərbəsi ilə HƏDƏLƏDİ

“Finala yaxınlaşdıqca, bir o qədər yaxşı oynayıram” - Yamal

“Finala yaxınlaşdıqca, bir o qədər yaxşı oynayıram” - Yamal

Zabil Qəhrəmanovun məhkəmə vaxtı məlum oldu

Zabil Qəhrəmanovun məhkəmə vaxtı məlum oldu

Ermənistanda hərbçinin meyiti çaydan TAPILDI

Ermənistanda hərbçinin meyiti çaydan TAPILDI

Azərbaycanda gizlənən Özbəkistan vətəndaşları ölkələrinə qaytarıldı

Azərbaycanda gizlənən Özbəkistan vətəndaşları ölkələrinə qaytarıldı

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

End of content

No more pages to load

RADİO