Ukrayna Rusiya ilə nüvə sənayesində əməkdaşlığın mümkün intensivləşməsi ilə əlaqədar Avropa Komissiyasına nota verib.
Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal məlumat verib.
Məlumata görə, Ukrayna Macarıstanda nüvə reaktorlarının tikintisi layihəsinin “Rosatom” tərəfindən həyata keçirilməsi ilə bağlı ilkin qərara yenidən baxılacağını gözləyir.
“Rusiyaya qarşı sanksiyalar, xüsusən də nüvə enerjisi kimi sahələrdə daha da gücləndirilməlidir”, - deyə nazir qeyd edib.
Bizim.Media