Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı ona Kaxovka SES-in bəndinin dağıdılması və suyun ətrafa yayılmasının nəticələrinin aradan qaldırılması üçün tələb olunan şeylərin siyahısını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski rəsmi “Twitter” səhifəsində məlumat verib.
“Ərdoğana Kaxovka SES-in dağıdılmasının humanitar və ekoloji nəticələri və bununla bağlı Zaporojye AES üçün yaranmış risklər barədə də danışıb, fəlakətin nəticələrini aradan qaldırmaq üçün Ukraynanın təcili ehtiyac duyduğu şeylərin siyahısını onlara təqdim etdik”, - deyə Ukrayna dövlət başçısı qeyd edib.
O bildirib ki, münaqişənin həlli, saxlanılmış Ukrayna vətəndaşlarının, o cümlədən Krım tatarlarının geri qaytarılması, taxıl təşəbbüsünün davam etdirilməsi və genişləndirilməsi məsələlərində Türkiyənin səsi vacibdir.

Bizim.Media