Kaxovka SES-in partlamasından sonra Xerson vilayətini su basması nəticəsində ölüm halları arıtq qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xerson vilayətinin Oleşek şəhərinin meri Yevgeniy Rişuk məlumat yayıb.
“Daşqın nəticəsində artıq 3 nəfər həlak olub. Düşünürəm ki, bu rəqəm daha çox olacaq”,- deyə Rişuk əlavə edib.
Mer qeyd edib ki, Oleşek şəhərinin 90 faizi su altında qalıb, bəzi yerlərdə suyun səviyyəsi 3 metrə çatır.
Bizim.Media