Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurasının sədri Şarl Mişellə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administirasiyası məlumat yayıb.
Məlumata görə, danışıq zamanı Şarl Mişel Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Tərəflər arasında regional məsələlər müzakirə edilib.
Ərdoğan Avropa üçün böyük strateji dəyəri olan Türkiyənin Aİ-yə tam üzvlüyü istiqamətində konkret bir gündəmlə təmasları bütün səviyələrdə artırmaq lazım olduğunu qeyd edib.
Bizim.Media