Rusiya prezidenti Vladimir Putinin köməkçisi Maksim Oreşkin koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” nəşri Baş nazir Mixail Mişustinə istinadən yayıb.
Nazirlər Kabinetinin rəhbəri Kuzbasdakı görüşü zamanı belə açıqlama ilə çıxış edib. O, Oreşkinə tez bir zamanda yaxşılaşmasını diləyib.
Xatırladaq ki, Oreşkin prezidentin köməkçisi vəzifəsinə başlamazdan əvvəl 2016-2020-ci illərdə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri olub.
Bizim.Media