Bu ilin aprelində xadimə ilə mübahisə etməsi ilə gündəmə gələn Ağdam rayonu 91 saylı Səfərli kənd orta məktəbinin direktoru Aliyə Əliyeva cəzalandırılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Elm və Təhsil Nazirliyinin qərarına əsasən, direktor barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Xatırladaq ki, bu ilin aprelində Ağdam rayonu 91 saylı Səfərli kənd orta məktəbində xadimə və direktor arasında insident baş verib.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda məktəb direktoru ilə xadimənin DAVA ETMƏSİNİN səbəbi bilindi
Belə ki, orta məktəbin direktoru Aliyə Əliyeva məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayevanın ştatlarının birini ləğv edib.
Ülviyyə Abdullayeva iddia edib ki, Aliyə Əliyeva ştatını tam bərpa etmək üçün ondan məktəb üçün konteyner almağı tələb edib. Lakin o, konteyneri alıb gətirsə də, direktor ştatı bərpa etməyib. Nəticədə tərəflər arasında mübahisə baş verib və xadimə direktorun stolunun üstündə olan suveniri qırıb.
Bu əməlinə görə, Ağdam Rayon Məhkəməsinin qərarı ilə Ü.Abdullayeva 60 manat məbləğində cərimə olunub.
Hazırda tərəflər arasında məhkəmə prosesi davam edir.
Naibə Məmmədova, Bizim.Media