İbrahim Kalın MİT rəhbəri olacaq? - DOSYESİ

Türkiyənin prezident sözçüsü İbrahim Kalının Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsinə təyin olunacağı iddia olunur.

Bizim.Media "TurkicWorld"a istinadən xəbər verir ki, Hakan Fidanın Xarici İşlər naziri təyin edilməsinin ardından boş qalan vəzifəyə İbrahim Kalının gətiriləcəyi iddia edilir.

Kalının təyinatı ilə bağlı yaxın günlərdə açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, İbrahim Kalın 2018-ci ildən Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri vəzifələrində də çalışıb.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini açıqlayıb.

İbrahim Kalın 1971-ci ildə Türkiyənin İstanbul şəhərində əslən Ərzurum İspirlidən olan bir ailənin övladı olaraq dünyaya gəlib. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündə bakalavr təhsilini tamamlayıb. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsili, 2002-ci ildə isə Corc Vaşinqton Universitetində “Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü” adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi alıb.

O, Türkiyə Diyanət Vəqfinin İslam Araşdırmaları Mərkəzində akademik araşdırmalar aparıb, College of the Holy Cross, Georgetown Universitetində və Bilkent Universitetində İslam düşüncəsi və İslam-Qərb münasibətləri mövzusunda mühazirələr oxuyub.
2005-2009-cu illərdə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun qurucu sədri olan Kalının 2007-ci ildə "İslam və Qərb" adlı kitabı nəşr olunub və bu əsəri ilə o, Türkiyə Yazarlar Birliyinin İdeya Mükafatını qazanıb.

Makmillan Fəlsəfə Ensiklopediyası, Din Ensiklopediyası və Oksford İslam Lüğəti kimi ensiklopediyalara töhfə verib. Onun 2014-cü ildə “Ağıl və fəzilət”, 2015-ci ildə “Varlıq və dərketmə”, 2016-cı ildə isə "Mən, başqası və ondan kənar: İslam-Qərb münasibətləri tarixinə giriş” adlı kitabları nəşr olunub.

2011-ci ildə Əhməd Yəsəvi Universitetinin qəyyumlar şurasının üzvü təyin edilən Kalın, 2019-cu ildən bu yana İbn Haldun Universitetində İslam fəlsəfəsi sahəsində aspirantlara mühazirələr oxuyur.

O, 29 may 2020-ci ildə professor adını alıb.

2009-cu ildə, baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri vəzifəsinə təyin edilən Kalın, 2010-cu ilin yanvarında yaradılan Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru olub.

2012-ci ildə Baş nazirlik müşaviri müavini vəzifəsini icra edib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti olduqdan sonra prezidentin baş katibinin müavini vəzifəsinə təyin edilib.

2014-cü ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən səfir titulu verilərək prezident sözçüsü təyin edilib.

2018-ci ildən Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri vəzifələrində çalışıb.

Ailəlidir, 3 övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Hacı Kərimov Avropa çempionatının finalında

Hacı Kərimov Avropa çempionatının finalında

Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

Kərəm Bürsin Bakıya heyran qaldı - VİDEO

Kərəm Bürsin Bakıya heyran qaldı - VİDEO

“Qarabağ” Duranın satışından nə qədər qazanıb?

“Qarabağ” Duranın satışından nə qədər qazanıb?

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

“Karvan-Yevlax”da yeni baş məşqçi

“Karvan-Yevlax”da yeni baş məşqçi

Balakəndə yaşayış evi uçdu – Köməksiz qalan ailə xilas edildi - VİDEO

Balakəndə yaşayış evi uçdu – Köməksiz qalan ailə xilas edildi - VİDEO

Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikasının nəticəsidir, yoxsa mentalitetin?

Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikasının nəticəsidir, yoxsa mentalitetin?

Bakıda qadın qənd qabı ilə DÖYÜLDÜ

Bakıda qadın qənd qabı ilə DÖYÜLDÜ

Biləsuvarda faciəli hadisə: 44 yaşlı kişi həyatını itirdi

Biləsuvarda faciəli hadisə: 44 yaşlı kişi həyatını itirdi

Prezident bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTO

Prezident bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTO

“Şəfa” fransalı yarımmüdafiəçi ilə müqavilə bağladı

“Şəfa” fransalı yarımmüdafiəçi ilə müqavilə bağladı

Naxçıvanda iki avtobus yanıb kül oldu – FOTO

Naxçıvanda iki avtobus yanıb kül oldu – FOTO

Almaniyaya uçan təyyarənin pəncərəsi sındı, sərnişin havaya sovruldu

Almaniyaya uçan təyyarənin pəncərəsi sındı, sərnişin havaya sovruldu

Bayram Səfərovun bacısına vəzifə verildi

Bayram Səfərovun bacısına vəzifə verildi

Portuqaliya millisinin yeni baş məşqçisi məlum oldu

Portuqaliya millisinin yeni baş məşqçisi məlum oldu

"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"

"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"

Liberiya Prezidenti Türkiyədə səfərdədir – FOTO

Liberiya Prezidenti Türkiyədə səfərdədir – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə danışıq aparır

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə danışıq aparır

İranda partlayış: SEPAH-ın hərbi dəniz bazasının vurulduğu iddia olunur

İranda partlayış: SEPAH-ın hərbi dəniz bazasının vurulduğu iddia olunur

End of content

No more pages to load

RADİO