“Yeni müddətə yenidən seçilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də parlamentdə and içəcək və həmin gün ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun məlumat verib.
Altun bildirib ki, andiçmə mərasimi parlamentdə baş tutacaq:
“Daha sonra Ərdoğan Prezident Sarayında andiçmə mərasiminə gəlmiş xarici ölkə liderləri və nümayəndələri qəbul edəcək. Elə həmin gün axşam Prezidentimiz yeni hökumətin tərkibini açıqlayacaq”.
Bizim.Media