Bu gün səhər saatlarında İsfahan şəhərindəki Dəstgerd zindanında “Xane-ye-İsfahan” işi üzrə Saleh Mirhaşemi, Məcid Kazemi və Səid Yəqubi barəsində çıxarılan ölüm hökmü icra olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, onlar 2022-ci il noyabrın 25-də İsfahanda Məhhəle-Xane meydanında təhlükəsizlik qüvvələrinin 3 əməkdaşına silahlı hücum edərək, onları qətlə yetirməkdə ittiham olunublar.
Qeyd edək ki, son bir neçə gündə İsfahanın mərkəzi zindanının önündə edam edilmiş həmin üç gənc barəsində çıxarılan ölüm hökmünə etiraz aksiyası keçirilib. Həbsxana qarşısına toplaşan kütlə molla rejiminə qarşı etiraz şüarları səsləndiriblər.

Bizim.Media