Rusiya ordusu ötən gecə İran istehsalı olan “Shahed-136/131” tipli 22 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, PUA-lardan 16-sı havada zərərsizləşdirilib.
Bundan başqa, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya ordusunun atdığı 6 “Kalibr” tipli qanadlı raketdən 3-nü vurub. Raketlər Rusiyanın Qara dənizdəki hərbi gəmilərindən buraxılıb.
Bizim.Media