Böyük Britaniya Ukraynaya indiyədək 300-dən çox zirehli texnika verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippin məlumat verib.
O bildirib ki, Ukraynaya indiyədək “Challenger 2” tankları, AS90 özüyeriyən haubitsaları, “Stormer” özüyeriyən zenit silahları daxil olmaqla 300-dən çox zirehli texnika təhvil verilib.
Bizim.Media