ABŞ Konqresinin 14 üzvü ABŞ prezidenti Co Baydenə məktub göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “New York Times” (NYT) nəşrində yer alıb.
Mənbə yazır ki, siyasətçilər F-16 qırıcılarının dərhal Ukraynaya çatdırılmasını xahiş edib.
Daha əvvəl NYT yazmışdı ki, Vaşinqton bu təyyarələri Kiyevə vermək istəmədiyi üçün ukraynalı pilotların Avropa ölkələrinə məxsus F-16 qırıcılarında təlim keçməsinə icazə verilmir.
İddialara görə, Co Bayden administrasiyası F-16-ları Ukraynaya göndərməkdən çəkinir. Qeyd edilir ki, tədarük müdafiə xərclərini artıracaq.
Bizim.Media