ABŞ Ukraynaya 5 ay vaxt verib. Söhbət müharibəyə görə müttəfiqlərin verdiyi dəstəkdən gedir. Sonra isə Qərb Ukraynaya eyni səviyyədə dəstək verə bilməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Mənbə qeyd edir ki, həmin müddət ərzində Kiyevə son şans veriləcək.
Mövzu ilə bağlı yüksək vəzifəli bir məmur bildirib ki, Avropa rəsmiləri Kiyevə dəstəyi ABŞ seçkilərinə görə dayandıra bilər:
"Biz həmişəlik eyni səviyyədə yardım edə bilmərik".

Bizim.Media