Ekvador Prezidenti Gilyermo Lasso deputatların dövlət başçısının impiçmenti məsələsinə baxmağa başlamasından sonra parlamentin buraxılması və yeni seçkilərin təyin edilməsi haqqında fərman imzalayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, G.Lasso Milli Seçki Şurasından dərhal parlament və prezident seçkilərinin təyin edilməsini xahiş edib.
“Nazirlərin və onların komandalarının ekvadorluların problemlərini həll etmək əvəzinə, vaxtlarının çoxunu Milli Assambleyanın siyasi hücumlarına cavab verməyə sərf etməsi qəbuledilməzdir”, - deyə ölkə başçısı bildirib.
Bizim.Media