Dron-kamikadze Kaluqa yaxınlığındakı Moskva magistralına hücum edib.
Bizim.Media teleqram kanallarına istinadən xəbər verir ki, dünən gecə Tarutino kəndi yaxınlığında (Moskvadan təxminən 100 km aralı) Moskva Böyük Halqasının 380-ci kilometrliyində PUA düşüb və partlayıb. Dronun düşmə anını əks etdirən görüntülər “Mash” teleqram kanalında paylaşılıb.
PUA magistral yoldan bir qədər aralıda meşəyə düşüb. Hadisə nəticəsində ölən və yaralananlar olmadığı bildirilib.
Bizim.Media