ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri Ağ Evə toplanır. Məqsəd senatorlar üçün İranla bağlı brifinq keçirməkdir.
Bizim.Media "Politico" nəşrinə istinadən xəbər verir ki, brifinqdə Tehrandan gələn təhdidlər və İranın nüvə sazişi üzrə danışıqların gedişatı müzakirə predmeti olacaq.
Qeyd edək ki, brifinqə ABŞ dövlət katibinin müavini Vendi Şerman, müdafiə nazirinin müavini Kolin Kahl, ABŞ Milli Kəşfiyyat İdarəsi direktorunun birinci müavini Morqan Myuir və digər yüksək səviyyəli hökumət rəsmiləri qatılacaq.
Bizim.Media