Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini istisna etməyib.
Bizim.Media xəbər verir ki, Vuçiç növbədənkənar seçkilərlə bağlı qərarını mayın 26-da Belqradda keçiriləcək mitinqdə ictimaiyyətə açıqlayacağını bildirib.
O, parlament seçkilərinin ən gec sentyabrda keçiriləcəyini deyib. Serbiya rəhbəri həmçinin tezliklə hakim Serb Tərəqqi Partiyasının rəhbərliyindən istefa verəcəyini də əlavə edib.
Bizim.Media