Türkiyədə prezident seçkisinin ikinci turu üçün bülletenlərin forması və təqvimi açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ali Seçki Şurası (YSK) məlumat yayıb.
Bildirilib ki, əvvəlki qaydada sənədlərdə birinci Ərdoğanın adı yazılacaq.
Məlumata görə, ikinci tur üçün namizədlərin təbliğat kampaniyası mayın 16-da başlayacaq.
Mayın 20-dən 24-dək gömrük-keçid məntəqələrində və xarici ölkələrdə səsvermə baş tutacaq.
Ayın 27-də təbliğat başa çatacaq, ertəsi gün isə səsvermə keçiriləcək.
Seçkinin müvəqqəti nəticələri mayın 29-da, yekun nəticələri isə iyunun 1-də məlum olacaq.
Bizim.Media
