Ukrayna ərazisində yaradılan qondarma Luqansk Xalq Respublikasının “daxili işlər naziri” İqor Kornetə qarşı sui-qəsd olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, nəticədə o, ağır yaralanıb.
Separatçıların nümayəndəsi xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır.
Qeyd edilib ki, sui-qəsd nəticəsində yoldan keçən 1 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Xəsarət alanlardan 3-ü mühafizə xidmətinin əməkdaşı olub.
Xatırladaq ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Luqanskda separatçı bölgə Donbas müharibəsinin nəticəsində yaranıb.
Bizim.Media