“Donetsk vilayətinin Baxmut şəhərində vəziyyət çox ağır olaraq qalır. Ukrayna Silahlı Qüvvələrinin irəliləməsinə baxmayaraq, qarşı tərəf geri çəkilmək haqqında belə düşünmür, əksinə, hava desant-hücum bölmələrini şəhərə çəkirlər”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqram kanalında bildirib.
Malyarın sözlərinə görə, Ukrayna ordusunun uğurlarına baxmayaraq, ruslar hədəflərini dəyişmir və öz hava hücumu bölmələrini Baxmutun kənarına çəkirlər.
"Ağır döyüşlər gedir. Baxmutun müdafiəsi davam edir", - Malyar deyib.
Xatırladaq ki, mayın 14-də Ukrayna Müdafiə Nazirliyi Baxmut yaxınlığında ondan çox rus mövqelərini ələ keçirdiklərini açıqlayıb.
Bizim.Media