Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də Londona gedib.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında məlumat paylaşıb.
O bildirib ki, orada Böyük Britaniyanın baş naziri Rişi Sunakla danışıqlar aparacaq.
Xatırladaq ki, mayın 13-də Zelenski Romaya səfər edib, burada İtaliya prezidenti və baş naziri ilə, həmçinin Roma Papası ilə görüşüb.
Bundan sonra o, Almaniyaya gedib və orada prezident Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla danışıb. Ötən gecə isə Zelenski Fransaya gəlib və prezident Emmanuel Makronla görüşüb.
Bizim.Media