Rusiya ordusunun 4-cü motoatıcı briqadasının komandiri, polkovnik Vyaçeslav Makarov Donetskdə döyüşlər zamanı öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Faktı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumatı təsdiqləyib.
O, qeyd edib ki, Vyaçeslav Makarov Ukrayna ordusunun üçüncü hücumunun dəf olunması zamanı ağır yaralanıb və döyüş meydanından təxliyə zamanı dünyasını dəyişib.
İqor Konaşenkov həmçinin ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini, polkovnik Yevgeni Brovkonun da döyüşlər zamanı öldürüldüyünü açıqlayıb.
Bizim.Media