İrəvanın mərkəzində dava düşüb, nəticədə atışma meydana gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Shamshyan.com kriminal saytı yayıb.
Mənbənin sözlərinə görə, ötən gün saat 23:30-da polisə Əmiryan və Zəkyan küçələrinin kəsişməsində atəş açıldığı barədə məlumat daxil olub.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 1 ədəd qaz patronu, 2 ədəd patron, 1 bıçaq və sınmış pivə şüşələri aşkar ediblər.
Polis əməkdaşları, həmçinin 4 gənc Gümrü sakinini saxlayıb idarəyə gətiriblər.
Hadisənin təfərrüatları araşdırılır.
Bizim.Media