G7 ölkələri və Aİ Rusiya Federasiyasına qarşı 11-ci sanksiyalar paketi çərçivəsində Rusiya boru kəməri qazının idxalını qadağan etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu braədə “Financial Times” nəşri yazıb.
Mənbə qeyd edir ki, qərar Rusiya qazının Polşa və Almaniya kimi ölkələrə ixracının bərpasına mane olacaq.
Moskvanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə faktiki olaraq kəsilib.
Bizim.Media