Ukrayna Prezidenti Volodimir Zelenski mayın 14-də Almaniyaya səfər edəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu, Rusiya-Ukrayna müharibəsi başlayandn bəri V.Zelenskinin Almaniyaya ilk səfəri olacaq.
Berlin rəsmiləri məlumatı təsdiqləyiblər. Ancaq səfərin proqramı hələ ki açıqlanmayıb.
Qeyd edək ki, hazırda V.Zelenski İtaliyada səfərdədir.
Bizim.Media