Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında ən azı 1 km ərazini geri alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən Ukrayna ordusunun taktiki uğuru barədə məlumat yayıb. Məlumata görə, ruslar şəhərin yaxınlığındakı cənub cinahdakı mövqelərindən geri çəkilməli olublar.
"Son dörd gün ərzində Rusiyanın 72-ci ayrı-ayrı motoatıcı briqadasının hissələri Baxmut əməliyyatının cənub cinahındakı mövqelərindən geri çəkilib. Ukrayna qüvvələri azı bir kilometr ərazini geri alıb", - kəşfiyyat məlumatında deyilir.
Bizim.Media