Ukrayna prezidenti Volodimir Zelenski Rusiya və Belarusun 200 müdafiə müəssisəsinə qarşı növbəti sanksiyalar paketini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, sayca ikinci olan sanksiya siyahısına düşən təşkilatlar arasında elmi-tədqiqat müəssisələri də əlavə edilib.
Belarusun 17 müəssisəsi, o cümlədən Qomselmaş, Qomel Tökmə Zavodu və Mogilyovv Vaqon Zavodu da sanksiyaya məruz qalıb. Sanksiyalar 10 il müddətinə tətbiq edilib.
Bizim.Media