Son 72 saat ərzində İsrail-Qəzza ərazisi boyu 1000-ə yaxın raket atılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Ordu Komandanlığı məlumat yayıb.
Məlumata görə, Qəzza zolağından İsrail ərazisinə 973 raket atılıb. Onlardan 761-i İsrail ərazilərinə, qalanları isə Qəzza zolağının ərazisinə düşüb.
Yaşayış məntəqələrini hədəf alan 296 raket “Dəmir günbəz” raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
Bizim.Media