"Qəzzadan olan fələstinli silahlılar mayın 9-dan indiyədək İsrailə 866 raket atıb, onlardan 260-ı "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumatda vurğulanıb ki, silahlılar tərəfindən atılan raketlərin hər beşdə biri İsrailə çatmayıb və Qəzza zolağının özünə düşüb.
Kan radiostansiyasının məlumatına görə, Dəmir Günbəz sisteminin şəhərlərdə uçan mərmilərin qarşısını almaqda effektivliyi 91%-ə çatır.
Bizim.Media