Türkiyənin İzmir şəhərində atışma olub.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Menderes rayonundakı çayxanalardan birində baş verən hadisədə 5 nəfər ölüb, iki nəfər isə yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, insidentə səbəb tərəflər arasında borc pul məsələsi olub.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlib.
Bizim.Media