İsrailin Rehovot şəhərində Qəzza zolağından atılan raketlər nəticəsində yaşayış binasına birbaşa zərbə endirilib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin İslami Cihad qruplaşmasının nümayəndələri rəsmi olaraq bəyan ediblər.
Məlumata görə, ölümlə nəticələnən zərbəyə səbəb olan “Borak-85” İran istehsalı olan 85 km. uzaqmənzilli raketdir.
Bildirilib ki, zərbə nəticəsində 7 nəfər yaralanıb, 1 nəfər ölüb.
Bizim.Media